SON DƏQİQƏ! Operativ Qərargah peyvənd olunanlarla bağlı məlumat yaydı

SON DƏQİQƏ! Operativ Qərargah peyvənd olunanlarla bağlı məlumat yaydı
Sosial 2

Azərbaycanda bu gün 13 107 nəfər vaksinasiya olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 980 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 761 632, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 022 479, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 739 153 nəfər təşkil edir.

Son xəbərlər