SON DƏQİQƏ! Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxdu

SON DƏQİQƏ! Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxdu
Sosial 1960

Azərbaycan Respublikasında 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 53 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik böyrək çatışmazlığı, xronik pielonefrit və arterial hipertoniya xəstəliyi olan 1977-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1886 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 220.363 test aparılmışdır.

Son xəbərlər