Azərbaycanda koronavirusdan daha bir nəfər vəfat etdi

Azərbaycanda koronavirusdan daha bir nəfər vəfat etdi
Sosial 369

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik böyrək çatışmazlığı, xronik pielonefrit və arterial hipertoniya xəstəliyi olan 1977-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən xəbərə görə, bu gün Azərbaycanda 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 220.363 test aparılıb.

Son xəbərlər