Son 3 ildə tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Son 3 il ərzində tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2026-cı ilin II rübü üzrə elektron bülletenində əks olunub.
Agentliyin məlumatına görə, bu barədə məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib.
Bildirilib ki, 2025-ci ilin aprel ayından 2026-cı ilin yanvar ayına qədər 30 nəfər tanınma məqsədilə saxta diplom təqdim edib.
"Eyni zamanda, kvalifikasiyasının tanınmasından imtina edilmiş 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi müəyyən olunub", - məlumatda qeyd olunub.
TKTA xatırladıb ki, daha əvvəl – 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək olan dövrdə 53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi, həmçinin Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun gəlmədiyi üçün kvalifikasiyasının tanınmasından imtina edilib 12 nəfərin saxta tanınma şəhadətnamələri əldə etdiyi aşkarlanıb.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...