Söküntü zamanı kompensasiya dəyişə bilər – Komitə üzvündən AÇIQLAMA
"Azərbaycanda söküntü proseslərində vətəndaşlara ödənilən kompensasiya mexanizminin təkmilləşdirilməsi təklif olunur. Bəzi vətəndaşlara pul əvəzinə evlərin verilməsi daha məqsədəuyğun hesab edilir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib
Deputat əlavə edib ki, xüsusilə kiçik sahəli mənzillərin sökülməsi zamanı vətəndaşlara yalnız pul kompensasiyası verilməsi bəzən onların eyni ərazidə və ya yaxın ərazilərdə yeni mənzil almasına imkan vermir:
"Bu səbəbdən diferensial yanaşma təklif edilir. Belə ki, kiçik sahəli evlərin sahiblərinə pul ödənişi əvəzinə, həmin ərazidə inşa edilən yeni binalardan mənzil verilməsi daha məqsədəuyğun hesab olunur.
Dövlət ehtiyacları üçün torpaqların alınması zamanı da mövcud imkanlar çərçivəsində vətəndaşlara əlavə dəstək mexanizmləri nəzərdən keçirilə bilər. Məqsəd vətəndaşların sosial təminatının daha effektiv qorunmasıdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
Prezident İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi...