SOCAR və "Yokogawa Europe" enerji səmərəliliyi və dekarbonizasiyanı müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "Yokogawa Europe B.V." şirkəti ("Yokogawa Electric Corporation" şirkətinin törəmə müəssisəsi) arasında enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında müzakirələr aparılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkə hesablarında məlumat verilib.
Qeyd olunub ki, SOCAR və "Yokogawa Europe B.V." arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində SOCAR-ın strateji rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə icraçı seminar təşkil olunub.
"Seminarda neft emalı sahəsində dəyər zəncirinin optimallaşdırılması, modernizasiyası və genişləndirilməsi layihələri, enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında geniş müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında SOCAR və "Yokogawa Electric" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...