SOCAR tərəfindən emal edilən neft və qazın həcmi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 5,8 milyon ton neft, 3,4 milyard kubmetr qaz emal edilib.
Bu barədə BAKU.WS SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.
Məlumata görə, 2023-cü ildəki göstərici ilə müqayisədə neft emalında 0,5 milyon ton və ya 7,9%, qaz emalında isə 0,1 milyard kubmetr və ya 2,9% azalma qeydə alınıb.
Belə ki, 2023-cü il ərzində SOCAR tərəfindən 6,3 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilmişdi.
Eyni zamanda 2024-cü il ərzinndə SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,3 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları həcmində 2,8% artım müşahidə olunub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...