SOCAR rəsmisi: "Digital Lighthouse Award" mükafatı sistematik rəqəmsal transformasiyanın göstəricisidir"

SOCAR rəsmisi: Digital Lighthouse Award mükafatı sistematik rəqəmsal transformasiyanın göstəricisidir
Foto
Sosial 40

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünyada üçüncü dəfə "Digital Lighthouse Award" mükafatına layiq görülən yeganə enerji şirkəti olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünya üzrə 250 şirkət Dünya İqtisadi Forumunun "Rəqəmsal mayak" (Digital Lighthouse Award) mükafatına layiq görülüb. "SOCAR Karbamid" zavodu isə ilk dəfə olaraq Azərbaycan və Mərkəzi Asiya regionunda "Qlobal mayak" şəbəkəsinə (Global Lighthouse Network) üzv seçilib və eyni zamanda Forumun "Rəqəmsal mayak" mükafatını qazanan ilk müəssisə olub.

M. Abdullayev bildirib ki, bu mükafat SOCAR-da sistematik rəqəmsal transformasiyanın düzgün istiqamətdə aparıldığını göstərir.

O qeyd edib ki, SOCAR-ın rəqəmsal transformasiyası yalnız layihə və texnologiyaların tətbiqi üçün deyil, şirkətin strateji hədəflərinə uyğun həyata keçirilir: "Bu hədəflər arasında əməliyyat səmərəliliyinin artırılması, "yaşıl enerji"yə keçid və işçilərin rəqəmsal bacarıqlarının inkişafı yer alır. Müəssisənin uğuru həm yerli vendorların, həm də azərbaycanlı işçilərin bacarıqlarının artırılmasına töhfə verir və digər şirkətlər üçün nümunəvi layihələr yaradır".

SOCAR rəsmisi:

Xatırladaq ki, "SOCAR Karbamid" zavodu dünya üzrə mükafatı qazanan ilk gübrə zavodu olmaqla yanaşı, Azərbaycanın bu nailiyyəti əldə edən ilk müəssisəsidir. Son üç ildə zavodda həyata keçirilən sistemli transformasiya və innovasiya yönümlü fəaliyyət nəticəsində "SOCAR Karbamid" finalçılar sırasında yer almış və ekspert qiymətləndirməsindən sonra "Qlobal mayak" və "Digital Lighthouse Award" mükafatına layiq görülmüşdür.

Müasir avtomatlaşdırma sistemlərinə əsaslanan zavodda 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq olunub. Bu sistemlər əməliyyat proseslərini real vaxtda proqnozlaşdırır və adaptasiya edir, generativ süni intellekt və robototexnika ilə işçi qüvvəsini dəstəkləyir, məhsuldarlığı 21 %, təbii qaz səmərəliliyini 24 % artırır, karbon emissiyalarını 19 %, proses tullantılarını 72 %, planlaşdırılmamış dayanma müddətini 82 % azaldır. Bundan əlavə, əməkdaşların 70 %-i yeni bacarıqlar əldə edib və 41 əməliyyat və maliyyə göstəricisi üzrə təkmilləşmələr həyata keçirilib.

"Global Lighthouse Network" 2018-ci ildən fəaliyyət göstərir və Sənaye 4.0 texnologiyalarını iş prosesinə uğurla tətbiq edən şirkətləri birləşdirir. Bu platforma üzvlərə təcrübə mübadiləsi, yeni əməkdaşlıqlar və görüşlər keçirmək imkanı yaradır. SOCAR Karbamid zavodunda həyata keçirilən transformasiya isə digər müəssisələr üçün standart və nümunəvi layihələr formalaşdırır.

Son xəbərlər