SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır
Bu ilin yanvar ayında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (38,7 milyon ABŞ dolları) məxsus olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın fevral sayında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə "AzerGold" QSC (15,4 milyon ABŞ dolları), SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (15,1 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (8,6 milyon ABŞ dolları), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (4,2 milyon ABŞ dolları), "Azərbaycan Hava Yolları" QSC (1,3 milyon ABŞ dolları), "Azərenerji" ASC (354 min ABŞ dolları), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (83 min ABŞ dolları), Müdafiə Sənayesi Nazirliyinə məxsus "Avia-Aqreqat zavodu" MMC (10 min ABŞ dolları) və "Qaradağ Şüşə Zavodu" ASC (10 min ABŞ dolları) qərarlaşıb.
Oxşar xəbərlər
İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək
İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif la...