SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "UCC Holding" arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.
Bu il sentyabrın 6-da SOCAR və "UCC Holding" Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalayıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda restoran piyada keçidini zəbt etdi
Bir vaxtlar piyada keçidi yerləşən yerdə restoran üçün əlavə, yəni artırma tikili inşa edilib. Ortada qalan və piyadaların keçib gedə biləcəkləri hissəyə isə bi...