Siyavuş Novruzov: Verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil
Dəfn pullarının miqdarı artırılmalıdır.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov deyib ki, verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil:
“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç 10-da birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər”.
Oxşar xəbərlər
Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi davam edir
Bu gün Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi davam edir. "Report"un xəbərinə görə, deputatlar iki gün ardıcıl - noyabrın 14-...