Siyavuş Novruzov minaaxtaranların maaşının artırılmasını təklif edib
04
noy
2023
12:42
“Minatəmizləmə ilə məşğul olan şəxslərin iş stajı fərqli hesablanmalı, əməkhaqları yüksək olmalıdır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov noyabrın 4-də parlamentdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, minaaxtaranlar öz işlərini hansısa kabinetdə görmürlər: “Onlar işə gedərkən evlərinə sağ-salamat geri qayıdacaqlarından əmin deyillər. Bu baxımdan sözügedən məsələnin diqqətdə saxlanılmasını istəyirəm”.
Oxşar xəbərlər
İşğaldan azad olunmuş ərazilərdə mina partlayışı və qurbanlarının sayı barədə aylar və illər üzrə STATİSTİKA
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində minadan zərərçəkənlər və aşkarlanmış partlayıcı sursatlara...