Şikayətlər araşdırıldı, 61 müəllim direktor oldu

10
sen
2019
14:55
2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apelyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nəticələrə əsasən, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər
Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir - FOTO
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşk...
