İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salınıb? - RƏSMİ AÇIQLAMA

İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salınıb? - RƏSMİ AÇIQLAMA
Sosial 125

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınmasına dair yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlər təxirə salınaraq başqa tarixlərə keçirilib:

“Bu haqda sərnişinlərlə telefon əlaqəsi yaradılaraq məlumat verilib”.

Qeyd edək ki, sosial şəbəkərdə işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınması ilə bağlı xəbərlər yayılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

146 avtobus ünvana GECİKİR

146 avtobus ünvana GECİKİR

Paytaxt yollarında 63 marşrut xətti üzrə gecikmə müşahidə edilir. Vahid Dispetçer Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində...

300 Sosial 09:20 01 avqust 2022

Son xəbərlər