Şənbə gününün hava proqnozu açıqlandı

Şənbə gününün hava proqnozu açıqlandı
Sosial 120

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

BAKU.WS xəbər verir ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq? - PROQNOZ

Bayram günlərində hava necə olacaq? - PROQNOZ

Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə...

756 Sosial 11:52 14 iyun 2024

Son xəbərlər