Şəmkirdə 15 nəfər həbs edilib - FOTO

Şəmkirdə 15 nəfər həbs edilib - FOTO
Foto
Sosial 248

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU WS-ə verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə etməklə bərabər rayon ərazisində patrul və stasionar postlar təşkil edərək gündəlik xidmətlərini davam etdirirlər.

Bundan başqa rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirir.

Mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1038 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb ki, onlardan 15 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə İnzibati həbs seçilib.

Qeyd edək ki, aprelin 17-də keçirilən reyd zamanı xüsusi karantin rejimindən başqa sərxoş halda avtomobil idarə etmə, konstruktiv dəyişiklik və digər qanun pozan sürücülər də aşkar edilib ki, onlar barəsində də qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər