Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq prosesindən FOTOLAR
Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
BAKU.WS-in məlumatına görə, Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft dizaynerləri cəlb olunublar.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
BAKU.WS-in əməkdaşının hazırlıq prosesindən çəkdiyi fotoları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...