Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin azyaşlı övladı vəfat edib - FOTO

Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin azyaşlı övladı vəfat edib - FOTO
Sosial 427

Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin azyaşlı övladı dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, şəhidin oğlu Murad Əkbərzadə ürək çatışmazlığından həyatını itirib: “Ata-bala qovuşdular. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin azyaşlı övladı vəfat edib - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər