Şəhid polkovnik-leytenantın ildönümü günü atası vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev vəfat edib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid atası noyabrın 3-də oğlunun üçüncü ildönümü günündə dünyasını dəyişib.
Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi.O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 3-də Zəngilan istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...