Şəhid kapitan Ceyhun Həsənovun xatirəsi anıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunda şəhid kapitan Həsənov Ceyhun Aydın oğlunun xatirəsi anılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, anım günündə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub.
Şəhidin yaşadığı evin qarşısında xatirə lövhəsinin qarşında keçirilən tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Tədbirdə şəhidin xatirəsi anılıb, keçdiyi döyüş yolundan danışılıb, aparılan siyasətin şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib.
Şəhidin ailə üzvləri doğum günündə onun xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür edib.
Oxşar xəbərlər
Şəhid mayorun doğum günü qeyd olunub - FOTO
Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur. BAKU.WS xəbər ve...