"Şamaxinka"dakı nəhəng yerüstü keçidlə bağlı SON XƏBƏR - RƏSMİ

12
noy
2019
17:19
Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq. Bunu BAKU.WS-ə açıqlamasında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. O, həmçinin əlavə edib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub: "Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulmayıb. Keçidin inşası isə bu ilin sonu, gələn ilin əvvəli başa çatacaq. Əvəzində isə liftlər quraşdırılacaq".Qeyd edək ki, Bakıda vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində paytaxtda bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.Orxan Hüseyn
Oxşar xəbərlər
"Şamaxinka"dakı nəhəng yerüstü keçidlə bağlı qərar verildi - VİDEO
Daha çox "Şamaxinka" kimi tanınan ərazidə tikilməkdə olan yerüstü piyada keçidi neçə müddət görənlərin müzakirə mövzusuna çevrilib. BAKU.WS xəbər verir ki, piya...
