Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Pandemiyadan əvvəl metro ilə gündəlik 600 min insan daşınırdı, hazırda isə metroda sərnişindaşıma 170 min ətrafındadır.
BAKU.WS-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, şəhərə heç bir vacib səbəb olmadan gələnlərin qarşısının alınacağı təqdirdə çətinlik olmayacaq: "Metro bağlandığına görə, ekspres marşrut xətləri də bərpa olundu, sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq. Digər tərəfdən də mütəmadi monitorinq aparılacaq, avtobuslarda sərnişin sıxlığına nəzarət ediləcək. Bu məsələdə insanlar da həsas olmalıdır, sıxlıqdan yayınmaq üçün növbəti avtobusları gözləməlidir".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...