Şagirdlərin psixoloji pasportları hazırlanacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin növbəti buraxılışında təhsillə bağlı problemlər müzakirə olunub.
Verilişin qonağı Bakı Şəhər Təhsil İdarəsinin rəsmisi İlkin Həsənov ictimaiyyəti maraqlandıran suallara aydınlıq gətirib.
O, son günlər məktəblərdə yaşanan hadisələrin təkrarlanmasının qarşısının alınması məqsədilə şagirdlərin psixoloji pasportlarının hazırlanması işinə başlanıldığını qeyd edib.
“Bu şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayacaq mexanizmdir və gələcəkdə belə halların sayını minimuma endirmək mümkün olacaq”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda təhsil kreditlərinin verilməsi qaydası AÇIQLANDI
Təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və...