Şagirdlərin məktəbə telefon aparması qadağan edilir? - Nazir cavab verdi - VİDEO

Şagirdlərin məktəbə telefon aparması qadağan edilir?  - Nazir cavab verdi - VİDEO
Video
Sosial 2

"Biz şagirdin davranış qaydalarını təsdiq etdik. Şagirdin məkətəbə telefon gətirməsi məktəbin daxili qayda-qanunu ilə tənzimlənə bilər. Bu önəmli bir məsələdir. Telefon şagirdin şəxsi əmlakıdır. Biz bunu onun əlindən ala bilmərik. Amma kor-koranə istifadəsi də olmamaldır".

BAKU.WS xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda şagirdlərin məktəbə telefon aparması ilə bağlı hər handsı bir qadağanın qoyulması gündəmdə deyil:

"İndiki mərhələdə dərsdə telefondan istifadə etmək olmaz. Məktəbə uşaq üzərində telefonla gələ bilər. Amma dərsdə bundan istifadə etmək olmaz. Gələcəkdə belə bir şeyin olması ehtimalı var".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər