Şagirdləri xəstəliklərdən necə qorumaq olar? - Valideyn və müəllimlər diqqətli olmalıdır

Şagirdləri xəstəliklərdən necə qorumaq olar? - Valideyn və müəllimlər diqqətli olmalıdır
Sosial 122

Bakının orta məktəblərində ibtidai sinif şagirdləri artıq məktəbə gedirlər. Fevralın 15-dən Bakıda orta məktəblərdə V-IX sinif şagirdlərinin dərsləri başlayır.

Bununla da, təhsil müəssisələrində uşaqlar arasında yoluxucu xəstəliklərin artması məsələsi gündəmə gəlir. Ölkədə pandemiya şəraitinin hökm sürməsi isə vəziyyət bir qədər də çətinləşir.

Bəs bu halda valideynlər nə etməlidirlər? Məktəblərdə hansı qabaqlayıcı tədbirlər görülməlidir?

Bu və digər suallara cavab tapmaq üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan Allahverdi Musayevlə əlaqə saxladıq.

Həkim BAKU.WS-ə açıqlamasında valideynlərə məsləhət bildi ki, övladlarını rahat şəkildə məktəbə göndərə bilərlər. Çünki hazırda Azərbaycanda uşaqların koronavirusa yoluxma təhlükəsi yoxdur.

“Şükürlər olsun ki, Azərbaycanda koronavirusun yeni ştammı yoxdur. 10 yaşdan aşağı uşaqlar üçün koronavirus riski çox aşağıdır.

Bu yaşda uşaqlar 0,2 faiz yoluxa bilərlər və xəstəliyi ağır keçirmə riski bundan da aşağıdır. 10 yaşdan yuxarı uşaqlar üçün isə yoluxma və ağır keçirmə faizi 1-ə qədər yüksəlir. Ölüm riski isə olduqca azdır”, - deyə həkim bildirib.

Allahverdi Musayev məktəblərdə görülməli olan tədbirləri də açıqlayıb:

“Məktəblərdə giriş postları, həmçinin təhsil müəssisələrində tibb işçilərindən ibarət briqada olmalıdır. Onlar uşaqları mütəmmadi müayinə etməlidirlər.

Səhhətində problem aşkarlanan şagirdlər məktəbə buraxılmamalıdırlar. Dezinfeksiya məhsullarından istifadə edilməlidir. Tənəffüslərdə uşaqlar əllərini təmiz yumalıdırlar. Uşaqların yaxından təmas edəcəyi oyunlar oynanılmamalıdır.

Əl tutulacaq yerlərin hamısı gündə azı 3 dəfə təmizlənməlidir.

Uşaqlar gün ərzində bol meyvə və kalorili yeməklər yeməlidirlər. Məktəblərdə yeməkxanaların istifadə edilməməsi məsləhətdir. Uşaqlar arasında mütləq məsafə saxlanılmalıdır. Sinifdə şagirdlərin sayı çox olmamalıdır”.

Həkim onu da vruğulayıb ki, valideynlər də uşaqlarının sağlamlığına ciddi şəkildə nəzarət etməlidirlər:

“Uşaqlar yetərincə isti maye qəbul etməlidirlər. Valideynlər buna ciddi yanaşmalıdırlar. Uşaqlar xəstədirsə, onları məktəbə göndərməməlidirlər”.

Allahverdi Musayev onu da vurğulayıb ki, yaya nisbətən qışda virus xarakterli xəstəliklərin sayı artır:

“Ümumiyyətlə, qış aylarında virus xəstəlikləri artır. Ona görə də xəstəxanamızda yetərincə xəstələr müalicə olunur”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər