İş axtaranların NƏZƏRİNƏ! - Yeni xidmətdən belə istifadə edə bilərsiniz - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxşı iş tapmaq həm də peşəkar hazırlanmış CV-dən başlayır. İlkin təəssürat üçün təqdimatın maraqlı və cəlbedici olması vacibdir. İşə götürənlər də hər CV formasını qəbul etmirlər.
BAKU.WS xəbər verir ki, vətəndaşların işə müraciət zamanı belə problemlə üzləşməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən www.cvyarat.az platforması yaradılıb.
CV hazırlamaqda çətinlik çəkən şəxslər platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarını əlavə edib, qısa müddətdə öz CV-ni PDF formatında əldə edə bilər.
Qurum açıqlayıb ki, yaxın zamanda www.cvyarat.az platforması digər elektron sistemlərə də inteqrasiya olunacaq və identifikasiya nömrəsini yazmaqla istifadəçiyə dair şəxsi məlumatlar, eləcə də təhsil, iş təcrübəsi kimi məlumatlar birbaşa doldurulacaq.
Platformadan istifadə ödənişsizdir.
Oxşar xəbərlər
Bu xəbəri iş axtaranlar mütləq oxusun! Yeni xidmət istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən www.cvyarat.az platforması istifadəyə verilib. Bu barədə BAKU.W...