Şərurun bir hissəsində işıq olmayacaq
16
noy
2024
10:26
Şərur şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kilovoltluq "Şərur" yarımstansiyasından qidalanan 10 kilovoltluq Şərur 2 nömrəli hava elektrik verilişi xətti Şəhidlər Memorial Abidə Kompleksinin tikintisi ilə əlaqədar xəttin köçürülməsi məqsədilə sifarişə əsasən açılacaq.
Bununla əlaqədar Şərur şəhərinin bir hissəsində saat 11:30-dan 13:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Oxşar xəbərlər
İTS 5 ildə 7 özəl tibb müəssisəsi ilə müqaviləyə XİTAM VERİB
2020–2025-ci illər ərzində ümumilikdə 7 özəl tibb müəssisəsi ilə bağlanmış müqaviləyə xitam verilib. Qeyd olunub ki, bu qərarların verilməsinin əsas səbəbləri f...