"Şərurlu İsfəndiyar": "Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət cəzamı verəcək"
Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Emin Səməndərovun hüquqlarını müdafiə edən vəkil Asim Abbasov ötən prosesdə təqdim olunan rəydə ziddiyyətli məqamların olduğunu bildirib:
"Ramiz Mehdiyev həmin ərəfədə AMEA-nın prezidenti olub. Dilçilik İnstitutunun hazırkı rəhbəri də onun əmri ilə təyin olunub. Görünən odur ki, həmin direktor Mehdiyevin əmri ilə rəy verib. Bu da bizim həmin rəyə şübhə ilə yanaşmağımıza əsas verir. Vəsatət veririk ki, ekspert rəyi sübutlar siyahısından çıxarılsın".
İ.Axundovun vəkili Ülvi Nəsibli bu vəsatətin təmin olunmamasını məhkəmədən istəyib:
"Kimin kimdən xoşu gəlmirsə, Ramiz Mehdiyevlə əlaqələndirirlər. Müvəkkilimin Mehdiyevlə əlaqəsinin olması hansısa şəxsin subyektiv fikridir".
İsfəndiyar Axundov isə çıxış edərək bildirib:
"İnsan belə pul qazanmaz. Əgər Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət mənim cəzamı verəcək".
Vəkil Asim Abbasov İ.Axundova müraciətlə "Siz bu işdən çəkilməyimi istəyirdiniz. Oğlunuz da, özünüz də buna görə dəfələrlə mənə zənglər etmisiniz. Biz bəzi məsələləri ortaya çıxarsaq, siz pis vəziyyətdə qalacaqsınız. Məni heç bir güc bu işdən çəkindirə bilməz. Tək istədiyimiz sizin səhvinizi etiraf etməyinizdir".
Daha sonra məhkəmə qısa müşavirədən sonra elan edib ki, mütəxəssis rəyinin sübutlar siyahısından çıxarılması yekun məhkəmə aktı qəbul ediləndə dəyərləndiriləcək. Eyni zamanda rəy vermiş ekspertin dindirilməsi barədə vəsatət də təmin olunmayıb. Məhkəmə istintaqının yekunlaşması elan olunub. İddiaçının vəkili Asim Abbasov çıxış üçün vaxt istəyib.
Növbəti proses dekabrin 22-nə təyin edilib
Xatırladaq ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında "Proqress 2016" MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ.Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.
Oxşar xəbərlər
Azərbaycanda 49 tibb müəssisəsində təmir işləri aparılacaq
Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında yerləşən 49 tibb müəssisəsində əsaslı təmir işləri aparılacaq. BAKU.WS-in İnnovasiya və Təchizat Mər...