Sertifikasiya imtahanında ən yüksək balı onlar topladı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində ən yüksək nəticə göstərən müəllimlərin adları məlum olub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, sertifikatlaşdırma prosesinin test mərhələsində Salyanın Salman Cəfərova adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyeva və Bakının 2 saylı tam orta məktəbinin müəllimi Şahinə Məmmədova 60 bal toplayaraq günün ən yüksək nəticəsini göstəriblər.
***17:20
Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən 57 yaşlı müəllim maksimal – 60 bal toplayıb. Bu, Salyan rayonunun Salman Cəfərov adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyevadır.
BAKU.WS xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşım edib.
Qeyd edək ki, imtahan ölkənin 13 müxtəlif şəhərində 23 mərkəzdə təşkil olunub.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...