Sərt karantin rejimi geri qayıdır? - Deputatlar cavab verir

Sərt karantin rejimi geri qayıdır? - Deputatlar cavab verir
Sosial 2150

Son günlər ölkədə və dünyada koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Bu da haqlı olaraq ağıllarda sərt karantin rejiminin tətbiq edilib-edilməməsi ilə bağlı suallar doğurur. Bəs görəsən, artan tendensiya davam edərsə, yenidən qapanmalara gedilə bilərmi?

BAKU.WS məsələ ilə bağlı deputatlar arasında sorğu keçirdi.

Nəticəni sizlərə təqdim edirik:

Vüqar Bayramov

“Son həftələr həm dünyada, həm də ölkəmizdə yoluxma sayında kəskin artım müşahidə edilir. Azərbaycanda yoluxma sayındakı artım kifayət qədər yüksək rəqəmlərlə ifadə olunur. Yoluxma sayının artması arzuolunan deyil. Sayın artmasının qarşısının alınması vacib məqamlardan biridir. Biz, sərt karantin tədbirlərinin yenidən bərpa edilməsinin tərəfdarı deyilik. Çünki bu, real sektorun yenidən bağlanmasına səbəb olur, iqtisadiyyata mənfi təsir göstərir. Lakin ən vacib məqam yoluxma sayının optimallaşdırılmasıdır. Bununla bağlı hər birimizin qaydalara əməl etməsi vacibdir. Epidemioloji vəziyyət nəzərə alınaraq qərarların verilməsi gözlənilir. Lakin bizim təklifimiz sərt karantin rejiminin tətbiq olunmamasıdır”.

Sərt karantin rejimi geri qayıdır? - Deputatlar cavab verir

Məlahət İbrahimqızı

“Mən hesab etmirəm ki, ölkədə sərt karantin rejimi tətbiq edilsin. Çünki hər kəs ikinci doza peyvənd olunub. Elə statistika da göstərir ki, insanlar xəstəliyi yüngül keçirir. Ona görə düşünmürəm ki, qapanmalar olsun və iş yerləri bağlansın”.

Sərt karantin rejimi geri qayıdır? - Deputatlar cavab verir

Fazil Mustafa

“Qapanmalar olacağı təqdirdə əhalini bir sıra iqtisadi çətinliklər gözləyir. Fikrimcə, ölkədə qapanmalar və sərt karantin rejimi tətbiq olunmayacaq. Sadəcə qapalı məkanlarda maska taxılması və bu kimi bəzi məhdudiyyətlər qoyula bilər. Biz də buna ümid edirik”.

Sərt karantin rejimi geri qayıdır? - Deputatlar cavab verir

Vahid Əhmədov

“Qapanmalar həm insanların sosial rifahına, həm də dövlətin büdcəsinə çox pis təsir edir. Pis-yaxşı bir dəfə bu bəladan canımızı qurtarmışdıq, indi isə yenidən yoluxma sayı artmağa başlayıb. Yenidən sərt karantin rejiminin tətbiq olunması məsələsinə gəldikdə isə, deputat deyir ki, hər şey ola bilər. Ancaq hesab etmirəm ki, yenidən bütün sahələrin fəaliyyəti dayandırıla. Fikrimcə, bəzi qadağalar tətbiq oluna bilər”.

Sərt karantin rejimi geri qayıdır? - Deputatlar cavab verir

Arzu Nağıyev

“Mən düşünürəm ki, Operativ Qərargah lazımi qərarı verəcək. Ancaq tam qapanmanın olacağını güman etmirəm. Çünki hazırda təhsil, idman və turizm sahəsində qızğın işlər görülür. Buna görə tam qapanmaya getmək mənə inandırıcı gəlmir. Ancaq bəzi yerlərdə maskadan istifadə etmək tövsiyə oluna bilər. Burada həm də insanların məsuliyyəti ilə əlaqədardır. Hər kəs özünün və ətrafının sağlamlığı üçün yoluxmaya qarşı lazımi tədbirlər görsə, məsələ qismən də olsa həllini tapar”.

Sərt karantin rejimi geri qayıdır? - Deputatlar cavab verir

Azər Badamov

"Yenidən sərt karantin rejimi tətbiq olunarsa, təbii ki, insanların sosial rifahına mənfi təsir göstərəcəkdir. Sərt karantin rejimi tətbiq olunduğu zaman hamının yadındadır. İş yerlərində fəaliyyətlər məhdudlaşdırılmışdı, insanların küçəyə çıxmasına da qadağalar tətbiq olunmuşdu. Belə bir vəziyyətin gündəlik həyatımıza qayıtmasını heç kim arzulamır. Sərt karantin rejimi dövlətin iqtisadi vəziyyətinə də mənfi təsir göstərir. Çünki insanların sosial rifahının pisləşməsinə qarşı tədbirlərin görülməsi dövlət büdcəsi qarşısında da əlavə yük yaradır. Amma hesab edirəm ki, yenidən sərt karantin rejimi tətbiq olunmaycaqdır. Çünki səhiyyəmiz koronavirusa yoluxma dinamikasını nəzarət altında saxlaya bilir. İkincisi isə insanlar da koronavirusa yoluxmalarla artıq öyrəşmişdir. Virusa yoluxmaların simptomları ilk dövrlərdəki kimi ağır deyil. Həm də müalicə metodları da praktikadan çıxıb və yoluxmuş şəxsi dərhal müalicəyə cəlb etməklə ağır nəticələrdən qorumaq olur".

Sərt karantin rejimi geri qayıdır? - Deputatlar cavab verir

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər