Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ
Sosial 45

Son illərdə uşaqların və yeniyetmələrin kriminal, zorakılıq və ölüm səhnələri ilə zəngin olan seriallara marağı artıb.

BAKU.WS-in məlumatına görə, psixoloqlar isə bu halın gələcək nəsillərin psixoloji inkişafı üçün təhlükəli nəticələr doğura biləcəyini bildirirlər.

Belə ki, 10-16 yaş arası uşaqlar gördüklərini tez mənimsəyir və onları real həyatla səhv sala bilirlər. Belə seriallarda qəhrəman obrazlarının zorakılıq yolu ilə problemləri "həll etməsi" uşaqların şüuraltında zorakılığı normallaşdırır. Nəticədə, onlar aqressiv davranışlar göstərməyə, empati hissini itirməyə və sosial münasibətlərdə problemlər yaşamağa başlayırlar.

Mənfi təsirlər arasında bunlar qeyd olunur:

Zorakılığa və aqressiyaya meylin artması

Gecələr qorxu, kabus və narahatlıq hissləri

Ailədən və dərsdən uzaqlaşma, sosial təcrid

Real və xəyali dünya arasındakı sərhədlərin itməsi

Cinayət və ölüm səhnələrinə qarşı hissizləşmə.

Mütəxəssislər valideynlərə xəbərdarlıq edirlər ki, uşaqların izlədiyi serialların məzmununa ciddi nəzarət etsinlər. Uşaqların ekran qarşısında keçirdikləri vaxt azaldılmalı, onların yerinə idman, kitab oxuma və yaradıcı fəaliyyət kimi sağlam vərdişlər təşviq olunmalıdır.

Psixoloqların fikrincə, uşaqların erkən yaşda zorakılıq səhnələrinə məruz qalması gələcəkdə depressiya, qorxu pozğunluğu və hətta intihar meyillərinə də yol aça bilər. Buna görə də ailələr və məktəblər bu məsələdə birgə maarifləndirmə aparmalı, uşaqlara düzgün dəyərlər aşılamağa çalışmalıdırlar.

Son xəbərlər