Sərhəddə erməni təxribatı zamanı şəhid olmuş hərbçilərimizdən biri futbolçu olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən sərhəddə Ermənistanın törətdiyi təxribat zamanı şəhid olmuş hərbçilərimizdən biri futbolçu olub.
BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat paylaşıb.
"Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Əlizadə Elmin Samir oğlu 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində AFFA tərəfindən təşkil olunan liqaların iştirakçısı olub.
Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.
Allah rəhmət eləsin!", - deyə AFFA-nın məlumatında bildirilir.
Qalereya
Oxşar xəbərlər
Şəhid olan hərbçilərimizin FOTOsu
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub....