Sentyabrın 6-dan Azərbaycana 10-dan artıq ölkədən uçuşlara icazə verilir
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 6-dan Azərbaycana daha 12 ölkənin vətəndaşlarının uçuşuna icazə veriləcək.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:
- Çin Xalq Respublikası;
- Estoniya Respublikası;
-. Finlandiya Respublikası;
- Fransa Respublikası;
- Honq-Konq (ÇXR);
- Xorvatiya Respublikası;
- İslandiya Respublikası;
- İtaliya Respublikası;
- Latviya Respublikası;
-Malayziya;
- Səudiyyə Ərəbistanı Krallığı;
- Yaponiya.
Oxşar xəbərlər
Bu gündən 20 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib - SİYAHI
Bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslər...