Sənədlərini onlayn qaydada təsdiq edə bilməyən abituriyentlərin NƏZƏRİNƏ!

Sənədlərini onlayn qaydada təsdiq edə bilməyən abituriyentlərin NƏZƏRİNƏ!
Sosial 336

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün verdikləri sənədləri onlayn qaydada təsdiq edə bilməyən abituriyentlər elektron növbə əsasında Sənəd Qəbulu Komissiyalarına müraciət edəcəklər.

BAKU.WS-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

Onun sözlərinə görə, mayın 12-dən başlayaraq iyunun 5-dək ali məktəblərə və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə onlayn qaydada sənəd qəbulu aparılacaq. Mayın 25-dən sonra sənədlərini onlayn qaydada təsdiq etdirə bilməyən abituriyentlər Sənəd Qəbulu komissiyalarına müraciət edə biləcəklər:

"Amma abituriyentlər bunun üçün mayın 18-dən başlayaraq, elektron növbə sistemi ilə növbə götürməlidirlər. Onlar bu növbə sistemi əsasında Dövlət İmtahan Mərkəzinin inzibati binalarından birinə yaxınlaşacaqlar. Kimə hara rahatdırsa, orada sənədlərini təqdim edə biləcək. Amma sənədlərini onlayn qaydada təsdiq edə bilməyən abituriyentlərin sayı az olur. Onların əksəriyyəti sənədlərini onlayn qaydada təsdiq edə bilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ali məktəblərə tələbə qəbulu elan edildi

Ali məktəblərə tələbə qəbulu elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili mü...

2237 Sosial 18:32 14 mart 2019

Son xəbərlər