Sənəd qəbulu müvəqqəti dayandırılır
Yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə mayın 24-dən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin 2024-cü ilin iyul ayından etibarən başlaması planlaşdırılır.
Bununla bağlı geniş məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.
Oxşar xəbərlər
Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır - Bu tarixdən
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması mayın 24-dən müvəqqəti dayandırılır. Bu barədəMəktəbəqədər və Ümumi...