Şəmkirdə abadlıq işlərinə 1 milyon manatdan çox vəsait ayrılacaq
19
may
2025
11:48
Şəmkir şəhərində genişmiqyaslı abadlıq işləri həyata keçiriləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhəri üzrə nümayəndəliyi tərəfindən yeni tender elan edilib.
Tenderin ümumi dəyəri 1.036.314,94 manat olaraq müəyyənləşdirilib. Layihə çərçivəsində əsasən Səməd Vurğun küçəsində (Bazarstore-dan körpüyə qədər olan hissədə) müxtəlif təmir-bərpa işləri görüləcək.
Layihənin həyata keçirilməsi ilə şəhərin siması daha da gözəlləşəcək və sakinlər üçün daha rahat və estetik mühit formalaşacaq.
Oxşar xəbərlər
AYNA: Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
Ramazan və Novruz bayramı günlərində rekord sayda – 200 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu barədə BAKU.WS-ə Azərbayca...