Səhiyyə naziri: “On bir xəstəliyə qarşı immunlaşma işləri görülür”

Səhiyyə naziri: “On bir xəstəliyə qarşı immunlaşma işləri görülür”
Sosial 167

“İllərdir Azərbaycanda immunlaşdırma, vaksinasiya işləri gedir. Məhz bunun nəticəsidir ki, bir çox idarəolunan infeksiyaların – qızılca, məxmərək və s. qarşısını ala bildik. Bizdə 11 xəstəliyə qarşı immunlaşma işləri görülür”.

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəiyev AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

Nazir bildirib ki, 20-26 aprel tarixlərində immunlaşdırma həftəsi keçirilib.

“Bu tədbirlər vaksinasiyadan yayınan uşaqlar üçün aparılıb. Çünki vaksinasiyaların aparılması mütləqdir. Əgər belə tədbirlər vaxtında görülməsəydi, bizdə də problemlər yarana bilərdi. Ümumdünya Səhiyyə Təşkilatı da buna görə daim Azərbaycanı dəstəkləyir”.

Nazir vurğulayıb ki, immunlaşdırma aparılan və aparılmayan ölkələrdə koronavirusa yoluxmanın faiz nisbətlərinə də baxdıqda, belə qənaətə gəlmək olur ki, bu məsələnin də epidemiyaya təsiri var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Səhiyyə naziri əmr imzaladı - uşaqlar peyvənd olunacaq

Səhiyyə naziri əmr imzaladı - uşaqlar peyvənd olunacaq

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə,...

11419 Sosial 17:02 21 aprel 2020

Son xəbərlər