Şəhid tank komandiri Murad Nağıyevin anası: "Oğlum bir yaşından qəhrəman idi"
Baku TV-də Vətən müharibəsi şəhidi Murad Nağıyev haqqında reportaj yayımlanıb.
44 günlük Vətən müharibəsi zamanı şəhid olan tank komandiri Murad Nağıyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Şəhidin anası Xavər Məhəmmədi oğlu ilə bağlı xatirələrindən bəhs edərkən bildirib ki, Murad bağçada və məktəbdə nümunəvi şagird idi:
"Biz Bakıya gələndə Murad 10 aylıq idi. 9-cu mərtəbədə yaşayırdıq. Yağışlı bir gündə birdən gördüm ki, Murad yoxdur. Onu axtaranda həyətdə gölməçədə oynayarkən tapdıq. 10 aylıq uşaq doqquzmərtəbəni necə düşmüşdü. Elə o vaxtdan mənim balam qəhrəman imiş".
Şəhidin anası, oğlunun hərbini onun istəyi ilə seçdiyini deyib:
"Bir gün rayondan gələndə formada bir uşaq gördüm. Həmin vaxt Murad da yanımda idi. Dedim ki, bu uşağa forma nə qəşəng yaraşır. Sən demə, o vaxtdan Murad bunu beyninə qoyubmuş. Sonradan dedi ki, hərbiyə getmək həm öz istəyi, həm də mənim arzum idi. Mən o formanı bəyənmişdim deyə bu sahəni seçmişdi".
Xavər Məhəmmədinin sözlərinə görə, oğlu hər zaman şəhid olacağını söyləyirdi:
"Axırıncı dəfə biz söhbət edəndə yenə dedi ki, şəhid olacağam. Mən də üstünə qışqırdım. Dedim ki, niyə elə deyirsən? Gülə-gülə dedi ki, sonum şəhidlikdir. Bu cür oğullar vermişik, görün, bu 4 ildə nələr çəkirik, o həsrətə necə dayanırıq. Halbuki 5 dəqiqə mən Muradsız dayana bilmirdim. Sevdiyi var idi, bu gün də yanımızdadır. Ürəyimdə qalan odur ki, kaş ailəsi olardı".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir?
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən beşmərtəbəli binanın zirzəmisinə kanalizasiya suları dolur. BAKU.WS xəbər verir ki, Baku...