Bu şəxslərə mənzil veriləcək
06
dek
2025
09:25
Astara və Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.
Məlumata görə, həmin kateqoriyadan olan şəxslərə bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Astarada 22 ədəd birotaqlı və 14 ədəd ikiotaqlı, Sabirabadda isə 8 ədəd üçotaqlı mənzil veriləcək.
Həmin mənzillərin satın alınmasına isı 2.5 milyon manata yaxın vəsaitin sərf olunacağını proqnozlaşdırılıb.
Oxşar xəbərlər
Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
6 dekabr - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür. BAKU.WS xəbər verir ki, peşə bayramı Azərbaycan Respublikasında telefo...