Sarayda yaşayıb susuz qalanlar - 1 həftədir niyə çarə tapılmır? - AÇIQLAMA
Abşeron rayonunun Saray qəsəbəsində bəzi ərazilərə 1 həftədən artıqdır su gəlmir.
BAKU.WS-in məlumatına görə, söhbət qəsəbənin "Yeni məhəllə" adlanan ərazisində, Zərifə Əliyeva küçəsində yerləşən evlərdən gedir.
Sakinlər gün boyu suyun ümumiyyətlə olmamasından, axşamlar isə aşağı təzyiqlə çox az miqdarda verilməsindən şikayətlənirlər.
"10 gündür nə su verirlər, nə də əhaliyə bir məlumat verirlər ki, su nə vaxt gələcək. Heç kəsinti barədə də öncədən xəbərdarlıq edilməyib. İsti havada susuz qalmışıq",-deyə sakinlərdən biri redaksiyamıza bildirib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə əlaqə saxladıq.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, anbarda təzyiqin azalması müşahidə edilir. Bu səbəbdən bəzi ərazilərə suyun gedib çatmasında çətinlik yaranır. Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası problemin aradan qaldırılması istiqamətində tədbirlər görür.
O da qeyd olunub ki, ərazidə xətlər əhali tərəfindən primitiv üsulla çəkildiyi üçün, həmçinin bir xəttə normativdən artıq qoşulmaların edilməsi suyun hər kəsə eyni təzyiqlə gedib çatmasına maneə yaradır.
Banu Hüseynli
Oxşar xəbərlər
Bu il intizamsızlığa görə 17 sürücü işdən azad edilib - RƏSMİ AÇIQLAMA
Hazırda "BakuBus" MMC-də 3 047 nəfər sürücü fəaliyyət göstərir. BAKU.WS xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirib. Bi...