Sarı xəttin mənası nədir? – RƏSMİ AÇIQLAMA
27
dek
2018
15:02
Yol kənarı ilə çəkilən sarı xəttin mənası nədir?
BAKU.WS xəbər verir ki, bu barədə vətəndaş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib. Vətəndaş rəsmi müraciət edərək soruşur ki, niyə lazım oldu-olmadı yolların qırağına sarı xətt çəkirsiniz? Sarı xətt axı parklanmanın qadağan olduğu yeri göstərir. (müvafiq nişanla birlikdə təbii ki).Vətəndaşın suallarına Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisi Əflatun Qasımov belə cavab verib:“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə, Avtomobil Yolları Dövlət Agentliyinə və Bakı Nəqliyyat Agentliyinə ünvanladığınız ümumi istifadədə olan avtomobil yollarında hərəkət hissəsinin kənarlarının üfiqi nişanlanmasına dair müraciətə Avtomobil Yolları Dövlət Agentliyində baxılıb.Bildiririk ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət hissəsinin kənarlarının 1.4 və ya 1.10 üfiqi nişanlanma xətti ilə, nəqliyyat axınının ayrıldığı və birləşdiyi yerlərdə istiqamətləndirici adacıqların (1.16.1-1.16.3) sərhədlərinin bəzən sarı xətlə nişanlanması, estetik görünüşü və cəlbedici olması məqsədilə yerinə yetirilib.Eyni zamanda, qanunvericiliklə sözügedən üfiqi nişanlanmanın təsiri müvafiq yol nişanları ilə birlikdə tətbiq edildikcə müəyyənləşdirilib”, - deyə məluamtda bildirilib.BAKU.WSOxşar xəbərlər
Bakı-Sumqayıt yolunun təmirinə 7,1 milyon manat ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı...