Salyanda içməli suyun verilişi müvəqqəti dayandırılıb

06
iyn
2023
16:23
Salyan şəhərinə ötürülən içməli suyun verilişi dayandırılıb.
Sakinlərin sözlərinə görə, hər gün saat 15:20 radələrində rayon mərkəzi də daxil olmaqla, Babazanən yaşayış məntəqəsinə Şirvan-Muğan qrup su kəmərindən suyun verilişi dayandırılıb.
Salyan Rayon İcra hakimiyyətindən report-a verilən məlumata görə, şəhərdə su şəbəkəsinin genişləndirilməsi ilə bağlı işlər görülür.
Qeyd edilib ki, bu səbəbdən əhaliyə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Məlumatda işlər yekunlaşan kimi içməli suyun verilişinin tam bərpa olunacağı vurğulanıb.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...
