Sakinlərin NƏZƏRİNƏ: Saat 10:00-dan Bakının bu ərazilərində qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Saat 10:00-dan Bakının bu ərazilərində qaz olmayacaq
Sosial 3275

Bakının Xəzər və Binəqədi rayonlarında qaz olmayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması və Binəqədi rayonu, 7-ci Mikrarayon S.S.Axundov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması məqsədilə 27.06.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Zirə qəsəbəsinin və Binəqədi rayonunun Amay Kunanbayev, Aydınbəyov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının bu rayonlarında QAZ OLMAYACAQ

Bakının bu rayonlarında QAZ OLMAYACAQ

Bu gün Bakının Xəzər, Qaradağ, bundan başqa Abşeron, Ağsu və Göyçay rayonlarında qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCA...

240 Sosial 09:18 25 iyun 2024

Son xəbərlər