Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

"Qaz İxrac" İdarəsi tərəfindən "Əliuşağı" QPS-də qaz tənzimləyici qurğuların dəyişdirilməsi məqsədilə 04.12.2024-cü il tarixində saat 10:00-dan 18:00-dək "Göygöl əhali" və "Samux əhali" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, Mingəçevir şəhəri 1 saylı İncəsənət Musiqi məktəbinə qazın verilməsi və şəhərin Füzuli küçəsində yerüstü daşıyıcı qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 04.12.2024-cü il tarixində saat 10:00-dan sözügedən ərazidə qaz təchizatının dayandırılması nəzərdə tutulub.
Həmçinin, paytaxtın Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 04.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Göygöl rayonunun (şəhər mərkəzi və 23 yaşayış məntəqəsi), Mingəçevir şəhərinin və paytaxtın Nərimanov rayonunun (Həsənoğlu, Təbriz və K.Rəhimov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Qaradağda ictimai nəqliyyat problemi: Avtobuslar yaşayış massivinə daxil ola bilmirlər
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 6-cı yaşayış massivində yaşayan sakinlər ictimai nəqliyyatdan istifadə etməkdə çətinlik çəkirlər. BAKU.WS "Xəzər Xə...
