Sakinlərdən şikayət: "Yaşlı adamlarıq, işə gedib-gəlirik, pilləkənləri çıxanda təngnəfəs oluruq"

Zığ-Hövsan yolunun üzərində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında sakinlərin rahatlığını təmin etmək üçün yerüstü piyada keçidi tikilib, lakin vətəndaşlar narazıdırlar. Çünki piyada keçidinə qalxmaq üçün lift quraşdırılsa da, işləmir.
"Tədbir görsünlər. Yaşlı adamlarıq, işə gedib-gəlirik, pilləkənləri çıxanda təngnəfəs oluruq", - deyə sakinlər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən piyada keçidi istismara tam qəbul olunmayıb:
"Yaxın günlər ərzində keçidin istismara tam qəbul olunması və liftlərin işlək vəziyyətə salınması nəzərdə tutulur".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Biləsuvarda qəza riskinin yüksək olduğu ərazilərdə 12 ədəd radar quraşdırılır
Biləsuvar rayonunda vətəndaşların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və yol hərəkəti qaydalarına əməl edilməsi səviyyəsinin yüksəldilm...