Sahibsiz itlər və qısırlaşdırma: Dünya təcrübəsi nə deyir?

Sahibsiz itlər və qısırlaşdırma: Dünya təcrübəsi nə deyir?
Sosial 52

Azərbaycanda sahibsiz itlərin insanlara hücum etməsi hallarının artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, bir çox ölkə bu problemin qarşısını almaq üçün qısırlaşdırma proqramlarını uğurla tətbiq edir.

Bəs dünya təcrübəsi nə göstərir?

Türkiyə – "Tut, qısırlaşdır, burax" modeli geniş tətbiq olunur. Bələdiyyələr küçə itlərini toplayaraq sterilizasiya edir, peyvəndləyir və müəyyən bölgələrə geri qaytarır.

Almaniya – Küçə itləri problemi demək olar ki, yoxdur. Bunun əsas səbəbi it sahiblərinin ciddi şəkildə məsuliyyət daşımasıdır. Hər bir ev heyvanı qeydiyyatdan keçir və baxımsız qoyulan itlər dərhal sığınacaqlara aparılır.

İsveç – Burada sahibsiz itlər nadir hallarda rast gəlinir. Səbəb isə heyvan haqları ilə bağlı sərt qanunlardır. Heyvanını küçəyə atan şəxslərə ağır cərimələr tətbiq olunur.

ABŞ – İtin qısırlaşdırılması geniş yayılıb. Hətta bəzi ştatlarda sığınacaqdan it sahiblənmək üçün onun sterilizasiyası məcburidir.

Azərbaycanda vəziyyə nə yerdədir? Bu problemlə məşğul olan qurum var?

Təəssüf ki Azərbaycanda bu məsələ ilə birbaşa əlaqəli olan qurum yoxdur. Bu da sahibsiz itlərin vətəndaşlara hücumunun artmasına səbəb olur. Ancaq dünya təcrübəsinə istinad edərək bir sıra addımlar atıla bilər:

1. Qanunvericiliyin sərtləşdirilməsi – Heyvanları küçəyə atanlara qarşı ciddi cərimələr tətbiq olunmalıdır.

2. Peyvənd və qısırlaşdırma proqramları – Dövlət və bələdiyyələr bu prosesə nəzarət etməli, sahibsiz heyvanların qısırlaşdırılması və peyvənd olunmasını təmin etməlidir.

3. Sığınacaqların artırılması – Sahibsiz itlər küçədə deyil, xüsusi sığınacaqlarda saxlanılmalı və onlara uyğun şərait yaradılmalıdır.

4. Maarifləndirmə – İnsanlar heyvan sahibliyi ilə bağlı məlumatlandırılmalı və məsuliyyətsiz şəkildə itləri küçəyə buraxmamalıdır.

Mütəxəssislər hesab edir ki, qısırlaşdırma və düzgün idarəetmə ilə sahibsiz heyvanların sayı tədricən azaldıla bilər. Nəticədə nə insanlar, nə də heyvanlar üçün təhlükə qalmayacaq.

Son xəbərlər