Sahibkarlara dəymiş ziyanla bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Sahibkarlara dəymiş ziyanın ödənilməsilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:
“Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb”.
Oxşar xəbərlər
Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar yaradılıb
Ermənistanın təcavüzü nəticəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar...