Sahibə Qafarova: "İƏT və onun üzv dövlətləri Azərbaycanla həmrəyliklərini həmişə ifadə ediblər"
"Milli Məclisin İƏTPİ-yə (İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı - red.) sədrliyi Azərbaycanın islam dünyası ilə həmrəyliyin və sıx əlaqələrin möhkəmləndirilməsinə olan sadiqliyini əks etdirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) 20-ci sessiyasının açılış mərasimində deyib.
Spiker əlavə edib ki, İƏT və onun üzv dövlətləri ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonrakı dövrdə Azərbaycanla həmrəyliklərini həmişə ifadə ediblər:
"Son 30 ildə İƏT və İƏTPİ tərəfindən erməni təcavüzünü qınayan, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 100-dən artıq qərar və qətnamə qəbul edilib. İslam həmrəyliyi prinsiplərini yüksək qiymətləndirən ölkəmiz onun təşviqində və daha da möhkəmləndirilməsində fəal iştirak edir".
Oxşar xəbərlər
Məcnun Məmmədov: "Azərbaycanda 500 hektar müasir istixana yaradılacaq"
2030-cu ilədək Azərbaycanda 500 hektar müasir istixana yaradılacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurn...