ŞAD XƏBƏR! - Bakının bu ərazisində abadlıq-bərpa işləri aparılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən ərazidə yaşayan sakinlər narazıdırlar.
Bu barədə şikayətlər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəsəbənin sürüşmə zonası olan Cənub dərə massivində yollar bərbad vəziyyətdədir.
"Ərazidə 10-11 ev qalıb. Yolumuz çox bərbad vəziyyətdədir. Maşın olmadan ora çıxış olmur. Ən qorxuncu isə budur ki, axşam hava qaralan kimi dağdakı bütün sahibsiz itlərin yola yığışmasıdır. Burada hətta tülkülər də məskən salıb".
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazi aidiyyəti qurumların müvafiq rəyləri əsasında sürüşmə zonasında yerləşir.
"Belə ki, həmin ünvanda aidiyyəti qurumlar tərəfindən bərkitmə-gücləndirmə işləri tam başa çatdırıldıqdan sonra abadlıq-bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq...