Sabunçu rayonunda 40 yaşlı kişi itkin düşüb
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlu 05.11.2024-cü il tarixində saat 22 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, S.Əliyevin boyu 177 sm, saçları seyrək, qara rəngli, gözlərinin rəngi qəhvəyidir və orta bədən quruluşludur.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə, (012) 428-02-02, 425-49-15 şəhər və (055) 207-08-88 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Maaş artımından sonra qiymətlər BAHALAŞACAQMI? - Komitə üzvü danışdı
"Əməkhaqqı artımlarının əhalinin real gəlirlərinə təsir göstərməsi üçün süni qiymət artımlarının qarşısının alınması vacibdir". Bunu BAKU.WS-ə açıqlamasında Mil...